AZ

NASA Aya səyahət missiyasına hazır olduğunu açıqladı

"Artemis II" ay missiyası üçün nəzərdə tutulan aparatın uçuşa hazırlıq yoxlamasının uğurla başa çatması fonunda, martın 19-da start meydançasına çıxarılması və aprelin əvvəlində buraxılışın həyata keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Agentliyin saytında yer alan xəbərdə NASA rəhbərinin müavini Lori Qleyz qeyd edib ki, startın aprelin 1-də, təxminən Bakı vaxtı ilə saat 02:24-də reallaşdırılması nəzərdə tutulub; hər hansı dəyişiklik olarsa, missiya növbəti gün başlaya bilər.

Bundan əvvəl "Artemis II" heyətinin sosiska, smuzi və qranola ilə qidalanacağı bildirilmişdi.

Qeyd edək ki, NASA-nın pilotlu ay missiyası olan "Artemis II"nin buraxılışı ilkin olaraq 2026-cı ilin martına planlaşdırılsa da, yanvar ayında texniki problemlər səbəbindən təxirə salındığı məlum olmuş və agentlik rəhbəri bu qərarı məyusedici adlandırmışdı.

Seçilən
100
50
publika.az

10Mənbələr