Türkiyyədə 5.5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) veb saytında yer alan məlumata görə, episentri Tokatın Niksar rayonunda olmaqla 5.5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6.37 kilometr dərinlikdə baş verdiyi qeyd edilir.
Zəlzələ Tokatla yanaşı Samsun, Çorum, Amasiya, Sinop və ətraf vilayətlərdə də hiss edilib.