Bakı. Trend:
İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığındakı hərbi bazayaedilən hücum zamanı 7-ci Alp Atıcı Batalyonunun adyutant-rəisiArnaud Frion həlak olub.
Trend-inməlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X"sosial şəbəkəsində yazıb.
"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə vəyoldaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb.Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir", -deyə o bildirib.
Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinəedilən hücumu qəbuledilməz adlandırıb.
"Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizəkontekstindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəraətqazandıra bilməz", - deyə Fransa prezidenti əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ərbil qubernatoru Omed Xoşnav İranınhərbi bazaya dron hücumu nəticəsində altı Fransa əsgərininyaralandığını bildirmişdi. O, hamısının yüngül yaralandığınıbildirib.