AZ

Odessa içməli sudan məhrum ola bilər

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dnestr çayının çirklənməsi səbəbindən Odessa şəhəri içməli su ilə təchizatı itirmək riski ilə üz-üzə qalıb.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya ordusunun martın 7-də Dnestr nasos elektrik stansiyasına (PSES) hücumdan sonra çayda neft ləkələri əmələ gəlib. Neft məhsulları aşağı axınla miqrasiya edib və artıq Moldovaya çatıb.

Nazirlik bildirir ki, çirklənmənin konsentrasiyası normadan 2,5 dəfə yüksək olduğu üçün xəstəxanalara 72 saat ərzində su ehtiyatı saxlamaq tövsiyə olunur.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
reyting.az

1Mənbələr