Müəllif:Mehin Qasımova,Banco.az
Ağ Ev rəhbəri Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Poweldən növbəti iclası gözləmədən faiz dərəcələrini dərhal aşağı salmağı tələb edib.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək Federal Ehtiyat Sisteminin sədri Poweldən faiz dərəcələrini azaltmağı tələb etdiyini bir daha təkrarlayıb.
Pauell-ə "Çox Gec" ləqəbini verən Tramp bunları paylaşıb: "O, faiz dərəcələrini növbəti iclasa qədər gözləməməli, dərhal endirməlidir".
Qeyd edək ki, 27-28 yanvar tarixlərində keçirilən son iclasında Fed siyasət faiz dərəcəsini gözləntilərə uyğun olaraq 3,5-3,75 faiz səviyyəsində dəyişməz saxlayıb.
Bankın növbəti iclası 17-18 mart tarixlərinə planlaşdırılıb.