AZ

Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək

ain.az bildirir, Sia Az portalına istinadən.

Misli Premyer Liqasının XXIV turuna bu gün iki matçla start veriləcək.

SİA xəbər verir ki, ilk olaraq "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Qarşılaşma Bakıdakı "Liv Bona Dea Arena"da, saat 18:30-da start götürəcək.

Naxçıvan təmsilçisi 33 xalla 5-ci, Yevlax klubu 8 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Şamaxı" səfərdə "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:30-da başlayacaq.

Meydan sahibləri 32 xalla 6-cı, qonaqlar 27 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

13 mart

18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Elvin Bayramov.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Liv Bona Dea Arena"

20:30. "Sumqayıt" – "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
sia.az

5Mənbələr