AZ

Azərbaycan neftinin qiyməti 105 dolları ötdü – Kəskin bahalaşma


Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Enerji bazarlarında Azərbaycan neftinin qiyməti necə müəyyən edilir?
Seçilən
60
49
yeniavaz.com

10Mənbələr