AZ

Tramp Müctəba Xameneinin son durumunu açıqladı

BAKI, 13 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali rəhbəri Müctəba Xameneinin salamat, amma yaralı olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik yazıb ki, Müctəba Xameneinin bazar günü Ekspertlər Şurası tərəfindən seçilməsindən sonra iranlılar onu görməyiblər, yeni ali rəhbərin ilk bəyanatını cümə axşamı televiziya aparıcısı səsləndirib.

İran rəsmisi “Reuters”ə bildirib ki, Müctəba Xamenei yüngül xəsarətlər alıb, dövlət televiziyasının onu müharibədə yaralanmış kimi təqdim etməsinə baxmayaraq, vəzifələrini yerinə yetirməyə davam edir.

“Düşünürəm ki, o sağdır. Məncə, o yaralanıb, amma hansısa formada sağdır”, - Donald Tramp “Fox News”a deyib.

Müctəba Xamenei isə ilk bəyanatında Hörmüz boğazını bağlı saxlamağa söz verib və qonşu ölkələri öz ərazilərindəki ABŞ bazalarını bağlamağa çağırıb, əks halda İranın onları hədəfə ala biləcəyini iddia edib.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr