AZ

Bu kolleclərə yeni təyinatlar oldu - Foto

İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar edilib.

News365.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin müvafiq Əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, Ş.Əmirova 2013-2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.

A.Səfixanova isə əmək fəaliyyətinə 2015-ci ildə başlayıb və 2023-2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər konservatoriyada rektorun köməkçisi vəzifəsində çalışıb.

Seçilən
34
5
news365.az

3Mənbələr