AZ

Azərbaycanın 3x3 basketbol yığması Çempionlar Kubokunda mübarizəyə başlayır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 mart, AZƏRTAC

Bu gün Tailandın paytaxtı Banqkokda qadınlar arasında basketbolun 3x3 növü üzrə FIBA Çempionlar Kubokuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə debüt edən Azərbaycan millisi də ilk oyunlarını keçirəcək. Yığma B qrupunda Bakı vaxtı ilə saat 13:20-də Kanada ilə, 16:05-də isə ev sahibi Tailandla qarşılaşacaq.

Millimiz qrupdakı son matçına isə martın 14-də çıxacaq. Rəqib İspaniya seçməsi olacaq.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr