AZ

"Liverpul" Premyer Liqa klubunun futbolçusu üçün mübarizəyə qoşuldu

"Liverpul" "Bornmut"un yarımmüdafiəçisi Tayler Adamsı transfer etmək üçün mübarizəyə qoşulub. 

Sportal.az "Caught Offside" portalına istinadən xəbər verir ki, amerikalı oyunçu "Mançester Yunayted" və "Çelsi"dən olan skautlar tərəfindən də izlənilir. 

"Bornmut" Adams üçün təxminən 30 milyon funt sterlinq (34,8 milyon avro) dəyərində təklifləri nəzərdən keçirəcək.

Bu mövsüm Adams bütün yarışlarda 19 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Adamsın özünün isə “Liverpul”a keçidə daha çox müsbət yanaşdığı iddia olunur.

saytlarin hazirlanmasi

Seçilən
31
1
sportal.az

3Mənbələr