AZ

Zərdabda yarım əsrlik körpü qəzalı vəziyyətə düşüb FOTO

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Zərdabda yarım əsrlik körpü qəzalı vəziyyətə düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Gödəkqobu kəndində ötən əsrin 70-ci illərində istifadəyə verilən körpünün dayaq hissələrində aşınma müşahidə olunur.

Yerli sakinlər bildiriblər ki, eni 8, uzunluğu 25 metr olan istismar müddətini keçmiş körpü hər an təhlükə yarada bilər. Körpünün bəzi hissələrində aşınma müşahidə olunur, dayaq hissələri zəifləyib.

Rayon mərkəzindən 13 km məsafədə yerləşən, 1804 nəfər sakini olan Gödəkqobu kəndində əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Tez-tez ağır texnikalar və yük avtomobillərindən istifadə edən sakinlər körpüdən 5 tondan artıq yükün keçməsinin təhlükəli olduğunu açıqlayıblar.

Sakinlər bildiriblər ki, körpü kəndin rayon mərkəzinə çıxışını təmin edən əsas keçiddir. Ona görə də mövcud vəziyyət həm sürücülər, həm də piyadalar üçün narahatlıq yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli APA-ya bildirib ki, Gödəkqobu kəndini rayon mərkəzi ilə birləşdirən və qurumun balansında olan körpünün mövcud vəziyyəti nəzərə alınaraq, həmin ərazidə yeni körpünün tikintisi məqsədilə layihələndirmə və smeta sənədlərinin hazırlanmasının investisiya proqramına daxil edilməsi ilə bağlı təklif aidiyyəti üzrə təqdim olunub.

Bildirilib ki, layihə-smeta sənədləri hazırlandıqdan və müvafiq qaydada maliyyə vəsaiti ayrıldıqdan sonra körpünün tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
apa.az

5Mənbələr