AZ

İrandan Türkiyəyə atılan 3 cü ballistik raket məhv edilib

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gecə saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Adana hava məkanı üzərində yanaraq düşən bəzi cisimlər görünüb.

Ölkə.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məlumat yayıb.

"Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir", - məlumatda qeyd olunub.

Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.

Xatırladaq ki, bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
50
olke.az

10Mənbələr