AZ

Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərblə inteqrasiyasının hərəkətverici qüvvəsidir - Mikayıl Cabbarov

Bakı.Trend:

Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərbləinteqrasiyasının hərəkətverici qüvvəsidir.

Trend xəbər verirki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundabildirib.

Nazir qeyd edib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazıvahid məkanda birləşdirir.

“Bu dəhliz təkcə Çindən və Asiyadan Türkiyə və Avropaya, eləcədə əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil,daha da önəmlisi odur ki, ondan, regionun iqtisadi artımının,ticarətin və Qərblə inteqrasiyanın real hərəkətverici qüvvəsi kimiistifadə olunur”, - M. Cabbarov bildirib.

M. Cabbarov vurğulayıb ki, geniş mənada nəqliyyat sahəsindəciddi çağırışlar mövcuddur. Onun sözlərinə görə, universal hüquqlarməsələsi ilə bağlı müxtəlif baxışlar olsa da, hər hansı qaydalarınmövcudluğu onların ümumiyyətlə olmamasından daha yaxşıdır.

Nazir həmçinin qeyd edib ki, fikir mübadiləsi aparmaq və mövcudçağırışları müzakirə etmək üçün müxtəlif platformalar mövcuddur. Bucür formatlar sonda ümumi məqsədə nail olunmasına xidmət edir.

Seçilən
11
4
az.trend.az

5Mənbələr