AZ

Samuxda məşğulluq idarəsini güllələyəcəyini deyən şəxs həbs edildi

BAKI, 13 mart. TELEQRAF

Samux rayonunda məşğulluq idarəsinin əməkdaşlarını güllələmək barədə ifadələr işlədən şəxs həbs edilib.

Teleqraf-ın xəbərinə görə, Samux rayonun Əhmədbəyli kənd sakini Vasif Səlimov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və silah alaraq məşğulluq idarəsinə gedəcəyini, orada olan idarənin əməkdaşları gülləyəcəyi barədə məlumat verib.

Məlumat əsasında Samux Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı ünvanda olublar. O, bir müddət sonra yaşadığı evdən çıxaraq ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşlarından nə üçün gəldiklərini soruşub.

Polislər onun, DİN-nin 102 xidmətinə bir necə dəfə dayanmadan müraciət etdiyini və bu səbəbdən gəldiklərini bildiriblər.

Bu zaman Səlimov onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlayıb. Onu nizam intizamlı olmağa dəvət edən polis əməkdaşlarına qarşı nalayiq ifadlər işlədub.

Səlimovun barəsində İnizabati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ittiham elan edilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə Səlimov 8 gün müddətinə həbs edilib.

Seçilən
27
teleqraf.com

1Mənbələr