AZ

Vəkillər Kollegiyasına yeni qəbul olunanların 6-sı regionlarda, 44-ü paytaxtda fəaliyyət göstərəcək

Bakı.Trend:

Vəkillər Kollegiyası hüquqşünasların birləşdiyi ən böyük peşətəşkilatıdır.

Trend xəbərverir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyasının sədri AnarBağırov Vəkillər Kollegiyasının təntənəli andiçmə və təltifetməmərasimində deyib.

Kollegiya sədri qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyəqəbul prosesi daha da genişləndirilib və bu müddət ərzindəümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlimmərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub:

“Bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbulolunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyətgöstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbulolunan namizədlərdən 35 nəfəri kişi, 15nəfəri qadındır. Onlardan 6nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyətgöstərəcək”.

A.Bağırov qeyd edib ki, yeni qəbul olunan üzvlərlə birlikdəqadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumiüzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsindəgender balansının tədricən gücləndiyini göstərir.

Seçilən
55
az.trend.az

1Mənbələr