Göygöldə sərxoş halda küçədə səs-küy salan şəxs məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhəri, S.Hacıyev küçəsində baş verib.
2005-ci il təvəllüdlü Ayaz Babayev (ad-soyad şərtidir – red.) küçədə ünvansız nalayiq ifadələr işlədib. Bu zaman onun hərəkətlərinə son qoymasını istəsəyən polis əməkdaşlarına müqavimət göstərib.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.
İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən əvvəlki gün Göygöl şəhərə gedib, orada bir nəfər xanıma yaxınlaşıb: “Bundan sonra həmin xanımla Göygöl şəhərində “Karusel” kafe adlanan yerdə oturaraq yeyib-içdik. Daha sonra saat 23-24 radələrində evə gəlmək istədim. Həmin xanımın getməyə yeri olmadığından ona bizim digər evdə qalmasını dedim. Evə gəldikdən sonra sərxoş olduğumdan atam ilə dalaşdım. Lakin heç nə yadımda deyil”.