AZ

İraqda ABŞ təyyarəsi vuruldu

ABŞ ordusuna aid KC-135 tipli yanacaq daşıma təyyarəsinin İraqda qəzaya uğradığı açıqlandıqdan sonra İraq İslami Dirənişi adlı silahlı təşkilatdan diqqətçəkən bir açıqlama verilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraqda silahlı İraq İslami Dirənişi qruplaşması ABŞ-yə məxsus KC-135 tipli yanacaq daşıma təyyarəsini vurduqlarını iddia edərək hadisənin məsuliyyətini üzərlərinə götürüb.

Təşkilat "Telegram" platforması üzərindən yayımladığı mesajda üzvlərinin təyyarəni hava müdafiə sistemləri ilə hədəfə aldığını və bunun nəticəsində təyyarənin yerə düşdüyünü iddia edib.

Seçilən
39
manset.az

1Mənbələr