Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Konqresində demokrat senator Temmi Dakvort bildirib ki, İranın Minab şəhərində qızlar ibtidai məktəbinə raket hücumunun məsuliyyəti ABŞ Prezidenti Donald Tramp administrasiyasının üzərinə düşür.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, senatorun sözlərinə görə, hücum düzgün planlaşdırılmayıb və buna görə məsuliyyət Tramp administrasiyasına aiddir.
O bildirib ki, hadisəyə görə ABŞ ordusunu günahlandırmaq düzgün deyil və məsuliyyət hərbçilərin üzərinə qoyulmamalıdır.
Qeyd edək ki, fevralın 28-də İranın Minab şəhərində ibtidai məktəbə raket hücumu baş verib.
ABŞ müdafiə naziri Pit Heqset isə daha əvvəl Vaşinqtonun hadisə ilə bağlı araşdırma apardığını bildirmişdi.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.