AZ

​"Qalatasaray"da Hakan Çilhanoğluna qarşı cəbhə

İstanbulun "Qalatasaray" klubu "İnter"in türk əsilli yarımmüdafiəçisi Hakan Calhanoğlunun xidmətində maraqlıdır. İtaliya klubu bu keçidin reallaşmasına "yaşıl işıq" yandırıb. Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Xarici KİV "İnter"in 32 yaşlı yarimmüdafiəçidən "canını qurtarmaq istədiyini" iddia edib. İtaliya mətbuatı Hakan Çilhanoğlunun tez-tez zədələndiyinə diqqət çəkib. "Hakan zədə üzündən bu mövsüm 10 matça çıxa bilməyib. "İnter" bu adamı təcili yola salmalıdır", - məqalədə qeyd olunub. Hakan Çilhanoğlunun transfer qiymətinin 10 milyon avro olduğu açıqlanıb.

Qeyd edək ki, Hakanın transferi ilə bağlı xəbər Türkiyədə müzakirələrə səbəb olub. Futbol mütəxəssisləri və bəzi "Qalatasaray" azarkeşləri bu keçidə etiraz ediblər. Çilhanoğlunun yaşına diqqət çəkən azarkeşlər "İlkay Gündoğanın "Qalatasaray"a bir quruşluq faydası olmadı. "Qalatasaray" pensionerlər klubu deyil. Gənc futbolçu almaq lazımdır" məzmunlu şərhlər yazıblar.

Seçilən
20
2
metbuat.az

3Mənbələr