AZ

KİV: ABŞ qüvvələri USS Abraham Lincoln aviadaşıyıcısına yaxınlaşan İran GƏMİSİNİ VURUB

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hərbçiləri "USS Abraham Lincoln" aviadaşıyıcısına həddən artıq yaxınlaşan İran gəmisinə hücum ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran gəmisinə topdan atəş açılıb, həmçinin helikopterdən iki raket atılıb.

İran qüvvələrinə hansı hərbi gəmidən atəş açıldığı məlum deyil. Gəminin və ekipajının taleyindən də xəbər yoxdur.

Məlumata görə, hadisə həftənin əvvəlində baş verib.

CBS qeyd edib ki, "USS Abraham Lincoln"u iki esmines (məhvedici tipli hərbi gəmi - red.) - "USS Spruance" və "USS Michael Murphy" müşayiət edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı telekanala şərh etməkdən imtina edib.

Bildirilir ki, sözügedən aviadaşıyıcı İrana qarşı hərbi əməliyyatın keçirildiyi bölgədə yerləşir. Digər aviadaşıyıcı - "USS Gerald R. Ford" isə Qırmızı dənizdə dayanıb.

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahından isə qeyd edilib ki, ölkənin Hərbi Dəniz Qüvvələri "USS Abraham Linkoln"a bir neçə zərbə endirib və aviadaşıyıcı qismən sıradan çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr