AZ

2025-ci ildə dövlət büdcəsindən metroya ayrılan subsidiyanın həcmi məlum olub

Bakı.Trend:

Ümumilikdə 2025-ci ildə “Bakı Metropoliteni” QSC-nindaxilolmalarının həcmi 14,9% artaraq 167,7 mln. manat təşkiledib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, bu daxilolmaların 69%-i sərnişindaşımafəaliyyətindən əldə edilən gəlirlər, 25%-i dövlət tərəfindənayrılan subsidiya, 6%-i isə digər daxilolmalar hesabınaformalaşıb.
Hesabat ilində “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən42662,2 min manat subsidiya ayrılıb.

“Bakı Metropoliteni” QSC-yə 2025-ci ildə cəmi 318430,0 minmanat, o cümlədən istismar müddətini başa vurmuş vaqon parkınınyenilənməsi məqsədilə 65 ədəd yeni nəsil vaqonun alınması üçün72430,0 min manat vəsait ayrılmış və bu vəsaitin 1014,7 min manatı65 vaqon üçün komplektləşdirici dəstlərin, 71415,3 min manatı isə30 ədəd vaqonun alınması istiqamətində xərclənib.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr