AZ

Azərbaycanın 2 boksçusu Monteneqro Kubokuna yollanıb

Bakı, 13 mart, AZƏRTAC

Martın 15-də Budvada boks üzrə Monteneqro Kuboku start götürəcək.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kiloqram çəki dərəcəsində döyüşəcəklər.

Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.

Seçilən
53
3
azertag.az

8Mənbələr