AZ

Dövlət büdcəsinin gəlirləri proqnozu özünü necə doğruldub?

Yazını böyüt
Yazını kiçilt

Keçən il dövlət büdcəsinin gəlirləri 39 milyard 185 milyon manat, xərcləri isə 38 milyard 605 milyon manat təşkil edib.

Hafta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat məbləğində təsdiq edilib.

Beləliklə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri proqnozdan 1,5 faiz çox, xərcləri 7,4 faiz az olub.

Seçilən
0
2
hafta.az

4Mənbələr