AZ

Bakıda binanın həyətindən meyit tapıldı

Bakıda binanın həyətində kişi meyiti tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 8 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində qeydə alınıb.

32 yaşlı Qarakişizadə Cəlal Yaşar oğlunun meyiti həmin küçədəki binalardan birinin həyətində sakinlər tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.

Seçilən
14
5
metbuat.az

6Mənbələr