AZ

Bu il Kəlbəcərin Zar kəndində 35 beşotaqlı ev tikiləcək

Bakı. Trend:

Kəlbəcər rayonunun 855 ailəlik (birincimərhələdə 547 ailəlik) Zar kənd yaşayış məntəqəsiüzrə 225,18 hektar torpaq sahəsində547 ədəd birmərtəbəli (131ikiotaqlı, 289 üçotaqlı, 92dördotaqlı, 35 beşotaqlı) fərdi yaşayış evinintikintisi nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, həmçinin 528 şagird yerlikməktəb, 100 yerlik uşaq bağçası, inzibati bina,həkim-tibb məntəqəsinin tikintisi nəzərdə tutulub.

Qeyd edilib ki, kəndin tikintisinə 2025-ci ilin may ayındabaşlanılıb və qeyd olunan işlərin 2026-cı ildə başa çatdırılmasıplanlaşdırılır.

Seçilən
30
az.trend.az

1Mənbələr