AZ

ABŞ təsdiqlədi: təyyarə yoxa çıxıb İran vurub?

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın “Boinq KC-135 Stratotanker” yanacaqdoldurma təyyarəsi "Güclü qəzəb" əməliyyatı zamanı dost hava məkanında yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, hadisə “Güclü qəzəb” əməliyyatı çərçivəsində baş verib.

Bildirilib ki, iki təyyarədən biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə İsrailə təhlükəsiz eniş edib.

“Axtarış tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

CENTCOM məlumatında qeyd edilib ki, təyyarələr nə düşmən atəşi, nə də dost atəşi ilə vurulub.

İtmiş təyyarədə 6 nəfər heyət üzvü olub. Onların vəziyyəti barədə heç bir məlumat yoxdur.

İranın İRİB telekanalı isə hərbi mənbələrə istinadla bildirib ki, ABŞ-ın 2 ədəd KC-135 təyyarəsi İraqdakı şiə qruplaşması tərəfindən vurulub.

“Bütün heyət üzvləri ölüb”, - məlumatda qeyd olunub.

“CBS Nyus” telekanalının məlumatına görə, ikinci təyyarə vurulsa da, İsrailə enə bilib.

Qeyd edək ki, ötən gün Təl-Əvivdən qalxan ABŞ hərbi təyyarəsinin yoxa çıxdığı haqda məlumat yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
axar.az

1Mənbələr