Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Omanın Sohar vilayətində PUA-nın düşməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Omanın dövlət informasiya agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, PUA Əl-Əvahi sənaye rayonuna düşüb. Həlak olanların əcnəbilər olduğu bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrindən endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.