AZ

Qazaxın Azərbaycana qaytarılan kəndlərinin bərpası istiqamətində işlər aparılır

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Qazaxın Azərbaycana qaytarılan kəndlərinin bərpası istiqamətində işlər aparılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Qazax rayonunun 30 il Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının razılaşması əsasında Azərbaycana geri qaytarılıb. Bununla da 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin olunub və delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Hazırda həmin kəndlərin bərpası istiqamətində işlər aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
apa.az

6Mənbələr