ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə Azərbaycan idmançıları Avropa və dünya çempionatları, kubok yarışları və digər beynəlxalq turnirlərdə ümumilikdə 2113 medal qazanıblar.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd olunur ki, bu göstərici ölkənin idman tarixində yeni rekord hesab olunur.
Qazanılan medallardan 613-ü qızıl, 616-sı gümüş və 884-ü bürünc olub. Medalların 1443-ü Olimpiya idman növləri, 589-u qeyri-Olimpiya növləri, 81-i isə Paralimpiya, Xüsusi Olimpiya və Deflimpiya idman növləri üzrə əldə edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.