AZ

Bakıda şərab evlərində satılır Ölüm riski var

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsul partiyaları məhv edilib, həmçinin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq edilib.Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkarlanmış məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında  bildirib ki, enerji içkilərinin tərkibindəki kafein miqdarı çay və qəhvədən təxminən 3, bəzən isə 5 dəfə çox olur:“Bu isə ürək və sinir sisteminə ciddi təsir göstərir. Eyni zamanda bu içkilərin tərkibində kafeinlə yanaşı, taurin, quarana kimi güclü stimullaşdırıcı maddələr də mövcuddur. Bu maddələrin birlikdə təsiri orqanizmə həddindən artıq stimul verir və nəticədə insan özünü qısa müddət ərzində daha enerjili hiss edir. Ümumiyyətlə, 18 yaşdan aşağı şəxslərə bu içkilərdən istifadə etmək tövsiyə olunmur. Xüsusilə yeniyetməlik dövründə hormonal balansın formalaşması davam etdiyi üçün enerji içkiləri orqanizm üçün ciddi problemlər yarada bilər”. O deyib ki, bu içkilərdən həddindən artıq istifadə edildikdə ürək döyüntüsünün sürətlənməsi, yüksək təzyiq, aritmiya, əsəbilik, aqressiya, yuxusuzluq və panik atak kimi hallar müşahidə oluna bilər:“Bəzi ağır hallarda isə ürəyin qəfil dayanması riski də mövcuddur. Bundan əlavə, enerji içkilərinin həddindən artıq qəbulu maddələr mübadiləsinin pozulmasına, şəkərli diabetin yaranmasına və insulin dirəncinə səbəb ola bilər. Bu içkilərə qarşı psixoloji asılılıq da yarana bilir. Bütün bunları nəzərə alaraq, enerji içkilərinin istifadəsinə məhdudiyyət və ya qadağa qoyulması ümumilikdə sağlamlıq baxımından müsbət və doğru qərar hesab olunur”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
demokrat.az

2Mənbələr