AZ

ABŞ-da universitetə silahlı hücum: İŞİD tərəfdarı tələbələr tərəfindən öldürüldü

İŞİD tərəfdarı Virciniya ştatındakı universitetlərin birində atışma törədib

İnterpress.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

ABŞ-ın Virciniya ştatında yerləşən “Old Dominion” universitetində baş verən atışma nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Atəşi əslən Syerra-Leonedən olan Callo (Jalloh) adlı şəxs açıb. Lakin o, hücum zamanı müdafiə olunan tələbələr tərəfindən zərərsizləşdirilərək öldürülüb. Məlumata görə, Callo keçmişdə Virciniya ştatının Milli Qvardiyasının hərbçisi olub.

Əlavə olaraq bildirilir ki, hücumçu 2016-cı ildə məhkəmədə İŞİD-ə maddi yardım göstərmək məqsədilə quraşdırılmış sui-qəsddə günahını etiraf edibmiş. Həmin vaxt o, 11 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmədəki son sözündə isə peşman olduğunu və İŞİD şəbəkəsini dəstəkləməkdən imtina etdiyini bildirib. Məlumata əsasən, Callo atəşi məqsədyönlü şəkildə ehtiyatda olan zabitlərin hazırlıq kursunun iştirakçılarına doğru açıb. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Patel isə “X” sosial şəbəkəsindəki hesabında hadisənin terror aktı kimi tövsif edildiyini yazıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
1
interpress.az

2Mənbələr