AZ

Bu şəhərlərin baş planları hazırlanıb

Yazını böyüt
Yazını kiçilt

Ağdərə və Xocavənd şəhərlərinin baş planlarının hazırlanması üzrə işlər tamamlanıb.

Hafta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Xankəndi şəhərinin baş planının hazırlanması istiqamətində müvafiq işlər görülüb, Ağdərə və Xocavənd şəhərlərinin baş planlarının hazırlanması üzrə işlər tamamlanıb. Xocalı şəhərinin Baş plan layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması üçün təqdim edilib, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinin şəhərsalma əsaslandırması təsdiq edilib.

Seçilən
22
2
hafta.az

3Mənbələr