AZ

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara dair mühüm mesajlar

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın təhlükəsizlik, sülh və regional əməkdaşlıq strategiyasını əks etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən forumda dövlət başçısının çıxışı qlobal təhlükəsizlik mühitində yaranan yeni reallıqları və Azərbaycanın bu reallıqlar fonunda formalaşdırdığı siyasi mövqeni nümayiş etdirdi.Çıxışın əsas ideyalarından biri təhlükəsizlik məsələsinin dövlətlərin inkişaf gündəliyində əsas prioritetə çevrilməsi ilə bağlı idi. Prezident qeyd etdi ki, hazırkı beynəlxalq şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri olmadan iqtisadi və sosial inkişaf barədə danışmaq mümkün deyil. Bu yanaşma son illərdə dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr və yeni risklərin yaranması fonunda xüsusilə актуal görünür. Dövlət başçısının vurğuladığı kimi, təhlükəsizlik mühitinin zəiflədiyi şəraitdə dövlətlər öz milli maraqlarını qorumaq üçün daha fəal və prinsipial siyasət yürütməyə məcbur qalırlar.Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın uzun illər davam etmiş münaqişə təcrübəsi və bu münaqişədən sülhə keçid modeli oldu. Dövlət başçısı qeyd etdi ki, təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın əsas prioriteti suverenliyin və ərazi bütövlüyünün bərpası idi. Bu məqsədə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq nail olunduğunu vurğulayan Prezident Azərbaycanın BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan müddəalarına uyğun hərəkət etdiyini bildirdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində ərazilərin azad olunması və daha sonra siyasi yollarla sülh prosesinin irəlilədilməsi Azərbaycanın nadir təcrübə formalaşdırdığını göstərir.Çıxışda diqqət çəkən digər məqam sülh prosesinin ikitərəfli formatda həyata keçirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev uzun illər fəaliyyət göstərmiş vasitəçilik mexanizmlərinin münaqişənin həllinə real töhfə vermədiyini qeyd edərək, Azərbaycanın Ermənistanla birbaşa dialoq formatına üstünlük verdiyini bildirdi. Həqiqətən də Prezidentin də dediyi kimi, məhz bu yanaşma nəticəsində tərəflər arasında normallaşma prosesində irəliləyiş əldə olundu və regionda sabitlik üçün yeni imkanlar yarandı.Dövlət başçısının çıxışında enerji təhlükəsizliyi də mühüm mövzulardan biri kimi təqdim olundu. Prezident qeyd etdi ki, müasir dövrdə enerji resursları yalnız iqtisadi faktor deyil, həm də dövlətlərin milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın neft və qaz ixracı sahəsində oynadığı rol, eləcə də artan enerji əməkdaşlığı ölkənin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Bununla yanaşı, Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da toxundu. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional tranzit və logistika mərkəzinə çevrildiyini göstərir. Xüsusilə Ermənistanla sülh əldə edildikdən sonra yeni nəqliyyat marşrutlarının formalaşması regionun iqtisadi inteqrasiyası üçün yeni imkanlar yarada bilər.Ümumilikdə, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeni və regional əməkdaşlıq modelini əks etdirən strateji yanaşma kimi qiymətləndirilə bilər. Bu çıxış həm qlobal təhlükəsizlik çağırışlarına, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara dair mühüm mesajlar ehtiva edir.Yusif Bağırzadə, politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
newscenter.az

1Mənbələr