AZ

Əli Əsədov: 2025 ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mərhələ kimi yadda qaldı

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, "Konstitusiya və Suverenlik İli" elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər:

"İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərib. Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub. Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
baku.ws

5Mənbələr