AZ

"Su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün 539 mln. manat vəsait yönəldilib"

"Prezidentin 2026-cı il 12 yanvar Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı dedi.

Baş nazir vurğuladı ki, 2025-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 mln. manat vəsait ayrılıb:

"Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 mln. manat məbləğində (23% çox) vəsait yönəldilib".

Nuriyyə NATİQQIZI

Seçilən
71
1
redaktor.az

2Mənbələr