AZ

“Açıq qapı” günü: tələbələr arxeologiyanın sirləri ilə tanış olublar

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 mart, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Elm Günü münasibətilə gənclər üçün xüsusi tədbir təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə keçirilən “Açıq qapı” gününün əsas məqsədi arxeologiya elmini populyarlaşdırmaq və gənc nəslin bu sahəyə marağını artırmaq olub. Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti və digər aparıcı ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Proqram çərçivəsində tanınmış alimlər Bəhlul İbrahimli və Şamil Nəcəfov tələbələrə arxeoloji qazıntıların metodologiyası və tapıntıların elmi analizi barədə geniş məlumat veriblər. İnstitutun baş rəssamı Fərrux Ələsgərov isə tapıntıların qrafik təsviri və sənədləşdirilməsi işinin incəliklərini nümayiş etdirib.

Tələbələr, həmçinin Fiziki antropologiya laboratoriyasında aparılan tədqiqatlarla tanış olub, institutun fondunda saxlanılan nadir arxeoloji materiallardan ibarət sərgini izləyiblər. Onlara tapıntıların bərpası və konservasiyası prosesi əyani şəkildə izah olunub.

Bu cür tədbirlər gənc tədqiqatçıların elmi mühitlə yaxından tanış olması və gələcək karyeralarını arxeologiya sahəsində qurmaları üçün mühüm platforma rolunu oynayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
azertag.az

2Mənbələr