Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2025/2026-cı tədris ili üçün bakalavriat və əsas (baza ali) tibbi təhsil səviyyələri üzrə Nazirliyin, digər nazirlik, komitə və təşkilatların tabeliyində olan, eləcə də özəl ali təhsil müəssisələrinə tələbə qəbulu 63 min nəfər müəyyən edilib ki, bunun da 29,9 min nəfəri (48%) dövlət sifarişi əsasında olub. Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63 min plan yerindən 60,9 min nəfər ali təhsil müəssisələrinə qəbul olunub və faktiki olaraq plan yeri 96,6% dolub.Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1182 plan yeri üzrə faktiki qəbul 100% təmin edilib. Bu tələbələrin 1127 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə Nazirliyin, digər nazirlik, komitə və təşkilatların tabeliyində olan, eləcə də özəl ali təhsil müəssisələrinə tələbə qəbulu 17,5 min nəfər olub. Tədris ilində magistratura səviyyəsi üzrə 14,3 min nəfər ali təhsil müəssisələrinə qəbul olunub və qəbul planı 81,7% dolub, tələbələrdən 7,1 min nəfər (40,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
Magistratura səviyyəsində də faktiki tələbə qəbulu üzrə son 5 ildə artım müşahidə olunub. Belə ki, 2021/2022-ci tədris ilində 10,5 min nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14,3 min nəfərə çatıb ki, bu da 3,8 min nəfər və ya təxminən 37% çoxdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul 1177 nəfər (744-ü (63%) ali təhsil müəssisələrində, 433-ü (37%) isə elmi müəssisələrdə) olmuşdur. Ali təhsil müəssisələrində planlaşdırılan qəbul yerləri dövlət sifarişi əsasında, elmi müəssisələr üzrə planlaşdırılan qəbul yerləri isə dövlət büdcəsi hesabına və ödənişli əsaslarla nəzərdə tutulmuşdur. Planlaşdırılan qəbul yerlərinin 64,3%-i və ya 757 yer dolmuş, onlardan 484 nəfəri (64%) ali təhsil müəssisələrinə, 273 nəfəri (36%) isə elmi müəssisələrə qəbul olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 16 aprel tarixli 215s nömrəli Sərəncamı ilə 2025/2026-cı tədris ili üçün Nazirliyin, digər nazirlik və təşkilatların tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 25,2 min nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,4% (584 yer) çoxdur. Tələbə qəbulu yerlərinin 8,1 mini (32,3%) ümumi orta təhsil bazasından (9 illik bazadan), 17,1 min yer (67,7%) isə tam orta təhsil bazasından (11 illik bazadan) təklif edilmişdir.
2025-ci il sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olmuş, 2025/2026-cı tədris ilindən Universitetdə Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlamışdır.
2025-ci il oktyabrın 1-də Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102 tələbə isə magistr səviyyəsində təhsil alır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.