AZ

İqlim dəyişikliyi balıq ehtiyatlarını kəskin azalda bilər - tədqiqat

Bakı, 13 mart, AZƏRTAC

Yeni elmi tədqiqatlar iqlim dəyişikliyinin qlobal balıqçılıq məhsuldarlığına ciddi zərbə vura biləcəyini üzə çıxarıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Avstraliyanın Monaş Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, istiləşən okean sularına uyğunlaşan balıqlar daha tez böyüsələr də, daha erkən yetkinləşir və nəticədə kiçik ölçülü qalırlar. Bu isə balıq ovunun azalmasına gətirib çıxara bilər.

“Science” jurnalında dərc olunan araşdırma çərçivəsində 3 minə yaxın balıq növü və dünyanın 43 əsas balıqçılıq regionu üzrə gələcək məhsuldarlıq modelləşdirilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal temperaturun artması balıqçılıq istehsalının azalmasına səbəb ola bilər.

Seçilən
27
1
azertag.az

2Mənbələr