Hesabat ilində dövlət büdcəsindən təhsil və elm xərclərinə 4,8 milyard manatdan artıq vəsait ayrılıb.Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.Baş nazir bildirib ki, 2025-ci ildə 31 təhsil müəssisəsində işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


