AZ

FHN ötən il vətəndaşlar üçün 29 fərdi yaşayış evi tikərək təhvil verib

2025-ci il Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin müxtəlif bölgələrində təbii fəlakətlər nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün 29 fərdi yaşayış evi tikərək təhvil verib.

"Cebheinfo.az" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, ötən il dövlət büdcəsindən nazirliyə fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı 20 milyon manat ayrılıb.

Qurum eyni zamanda, respublikanın 9 rayonunda yerləşən 256 mənzildən ibarət texniki cəhətdən qəzalı vəziyyətdə olan 17 binanın sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 11 yeni çoxmənzilli yaşayış binasının tikintisinə başlayıb.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr