AZ

Ötən il Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb

2025-ci ildə Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyalarda ən böyük paya sahib ölkələr məlum olub...

Poliqon xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda məlumat verilib.

Hesabata əsasən, ötən il ölkədə əsas kapitala yönəldilmiş 21,2 mlrd. manat investisiyanın 19,8%-i və ya 4,2 mlrd. manatı xarici mənbələr hesabına formalaşıb. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala yönəldilən 4,0 mlrd. manat vəsaitin 96,3%-i Birləşmiş Krallıq, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat vəsait yönəldilib. Bunun 74,8%-i və ya 15,9 mlrd. manatı qeyri-neft-qaz sektoruna, 25,2%-i və ya 5,3 mlrd. manatı isə neft-qaz sektoruna yatırılıb. Əvvəlki illə müqayisədə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən ölkə iqtisadiyyatına yatırılmış vəsaitlərin həcmi 11,5%, o cümlədən bu sektorun sərmayədarları tərəfindən qeyri-neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi isə 11,1% artıb.

Poliqon.info

Seçilən
13
7
poliqon.info

8Mənbələr