AZ

Xaçmazda 664 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Xaçmaz, 13 mart, AZƏRTAC

Xaçmaz şəhərində yenidənqurma işləri ilə əlaqədar 664 abonentin qaz təchizatında fasilə yaranıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda “Xaçmaz” qazpaylayıcı stansiyasından qidalanan “Qusarçay” orta təzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan qaz xəttinə balans ölçü qovşağı quraşdırılır. Bununla əlaqədar "Ariz" və "Ariz 2" yaşayış kompleksləri, 9-cu kvartal, Ş.Mehrəliyev, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanov küçələrinin bir hissəsində qaz təhcizatı müvəqqəti dayandırılıb.

Ölçü qovşağının quraşdırılması işləri başa çatdıqdan sonara təbii qaz təminatı bərpa olunacaq.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
azertag.az

4Mənbələr