AZ

Usman Dembelenin agenti İngiltərə nəhənginin idman direktoru ilə görüşdü

PSJ-nin cinah hücumçusu Usman Dembele karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan forvardın agenti "Mançester Siti"nin idman direktoru Huqo Viana ilə görüşüb.

Məlumata görə, Fransa nəhəngi ilə yeni anlaşma ilə bağlı razılığa gələ bilməyən Dembelenin ona daha yüksək maaş ödəməyə hazır olan Mançester təmsilçisinə keçmək ehtimalı yetərincə yüksəkdir.

Dembele PSJ-yə 2023-cü ildə, 50 milyon avro qarşılığında "Barselona"dan transfer edilib. Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan ön xətt oyunçusu 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.

Toğrul 

Seçilən
6
fanat.az

1Mənbələr