AZ

YAP Sədrinin müavini ilə Kubanın Azərbaycandakı səfiri arasında görüş keçirilib -Fotolar



Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon arasında görüş keçirilib.

Görüşdə dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Kuba Respublikasının Prezidenti, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Miqel Mario Dias-Kanel Bermudesin ölkələrimiz arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdikləri vurğulanıb. İqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə səmərəli əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilib.

İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində fəal və konstruktiv siyasət həyata keçirərək milli təhlükəsizliyin və dövlət maraqlarının qorunması ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan hallara qarşı qətiyyətli mübarizənin önəmi, həmçinin bütün məsələlərin dialoq və diplomatiya yolu ilə sülh şəraitində həllinin vacibliyi vurğulanıb. BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində səmərəli işbirliyini davam etdirən Azərbaycan ilə Kubanın beynəlxalq hüquq normalarına əsaslanaraq bir-birinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək verdikləri qeyd olunub.

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının (KKP) rolu diqqətə çatdırılıb. 2025-ci ilin noyabr ayında YAP nümayəndə heyətinin Kubaya səfəri, eləcə də səfir Karlos Enrike Valdes de la Konsepsyonun ötən ilin oktyabrında YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakıda keçirilən tədbirində KKP-ni təmsil etməsi məmnunluqla xatırlanaraq məhsuldar görüşlərin keçirilməsinin, faydalı fikir və təcrübə mübadiləsi aparılmasının, partiyalar arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamət və prioritetlərini müəyyənləşdirən Əməkdaşlıq Sazişinin imzalanmasının əhəmiyyəti qeyd edilib. Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində qarşıda duran hədəflərin gerçəkləşdiriləcəyinə inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.



Seçilən
43
5
aia.az

6Mənbələr