AZ

İran və İsraildə Azərbaycan vətəndaşları xəsarət alıb? - XİN-dən AÇIQLAMA

İranda olan 60-dən artıq ölkənin 3400-dən artıq vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq XİN-dən məlumat verilib.

Məlumata görə, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

XİN-dən o da bildirilib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.

Seçilən
6
5
redaktor.az

10Mənbələr