AZ

Qazaxıstan Şimali Aral dənizinin su səviyyəsini artırmağı planlaşdırır

Bakı, 13 mart, AZƏRTAC

Qazaxıstan hökuməti yeni bərpa mərhələsi çərçivəsində Şimali Aral dənizinin su səviyyəsini 44 metrə çatdırmağı planlaşdırır.

AZƏRTAC “Qazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Su Ehtiyatları və Suvarma Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə Kokaral bəndinin yenidən qurulmasını nəzərdə tutur. Layihə başa çatdıqdan sonra Şimali Aralın səth sahəsinin 3 min 913 kvadratkilometrə, su həcminin isə 34 milyard kubmetrə çatacağı gözlənilir. Layihənin 2026–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilir ki, son üç ildə Şimali Aral dənizinə 6 milyard kubmetrdən çox su daxil olub.

Seçilən
71
2
azertag.az

3Mənbələr