“Qarabağ”ın futbolçusu Kris Kuaku (Chris Kouakou) Ağdam klubunu tərk edib.
QOL.az saytının əldə etdiyi xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. O, karyerasını Norveçin yüksək liqa təmsilçisi “Sarsborq 08” komandasında davam etdirəcək.
Kuaku artıq tibbi müayənədən keçib və tezliklə yeni klubu ilə müqavilə bağlayacaq.
Kris Kuaku “Qarabağ”a ötən yay transfer olunmuşdu.