Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.
Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-un dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişmələri, iqtisadi inkişaf və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.
Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, COP-29 və növbəti COP-larda fəal iştirakı, bu il ölkənin Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WHF-13) ev sahibliyi edəcəyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin keçiriləcəyi, növbəti ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyik edəcəyimiz diqqətə çatdırılıb.