AZ

İradə Hüseynova: 2022-ci ildə azad edilən ərazilərdə balıq, amfibi və həşərat sürfələri kütləvi yoxa çıxıb

Azad edilən ərazilərdə 2022-ci ilin oktyabr ayında aparılan monitorinqin nəticəsində balıq, amfibi və həşərat sürfələrinin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.

"Report" un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

İradə Hüseynovanın sözlərinə görə, azad edilən ərazilərdə 2022-ci ilin iyul ayında aparılan monitorinqin nəticələrinə görə, məhdud sayda da olsa, yoxa çıxmaqda olan bəzi canlıların həyat izləri qeydə alınıb.

O bildirib ki, bunlar krevetka, yengəc, 30-a qədər bulaqçı sürfəsi, 4 fərd balıq - Şərq qıjovçusu və Qafqaz gümüşcəsi olub.

"2022-ci ilin oktyabr ayında aparılan monitorinqin nəticələrinə görə isə, balıq, amfibi və həşərat sürfələrinin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb. 3 stasionar nöqtənin heç birində praktik olaraq balıq və onurğasız heyvanların nümayəndələrinə rast gəlinməyib. Bu, çayda periodik zəhərlənmə prosesinin baş verdiyini sübut edir", - o deyib.

Seçilən
20
1
far.az

2Mənbələr